"Havanı çox korlayırlar, ovlayın!"

"Havanı çox korlayırlar, ovlayın!"

10 İyun 2011 11:38
Bəyəndim (0) Bəyənmədim (0)

Avstraliyada metan qazının səviyyəsini aşağı salmaq üçün vəhşi dəvələrin öldürülməsi gündəmdədir. Ölkədə 1.2 milyon vəhşi dəvəni ovlayacaq olanlara hər ədədi üçün 75 dollar verən yeni qanun gələn həftə müzakirəyə qoyulacaq. Hər bir dəvənin ildə 1 ton karbonoksid istehsal etdiyini vurğulayan qanunçular bunun 300 min maşınla eyni olduğunu vurğulayıblar.

Qeyd edək ki, dünyanın ən çox dəvəsi olan Avstraliyada bu heyvanların sayı ildə iki qat artır. Uzun, səhralı yollara dayanıqlı olduqları üçün 1840-cı ildə ilk dəfə Avstraliyaya gətirilən dəvələrin əksəriyyəti hazırda bu ölkədə sahibsiz, başıboş gəzməkdədir.

Dəvə durdu, amma dam yıxmadı, başqa şey etdi.

Günel Həbib

O.M.