Orta məktəblərində növbəti buraxılış imtahanları

Orta məktəblərində növbəti buraxılış imtahanları

10 İyun 2011 10:20
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Azərbaycanın orta məktəblərində ümumi orta və tam orta təhsil səviyyələri üzrə Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağsu, Ağdaş, Göyçay, Samux, Daşkəsən, Goranboy, Göygöl, Xocavənd və Tərtər rayonlarında növbəti buraxılış imtahanları keçirilir. 11-ci sinif şagirdləri üçün imtahan saat 10.00-da başlayıb və 3 saat davam edəcək. 9-cu sinif şagirdləri üçün isə saat 15.00-da başlayacaq və 1 saat yarım davam edəcək.

Növbəti buraxılış imtahanları isə iyunun 13-də Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy, Qazax, Şəmkir, Tovuz və Yevlax rayonları, iyunun 16-da Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı, Salyan və Neftçala rayonları üzrə keçiriləcək. Son buraxılış imtahanı isə iyunun 17-də Bakıda olacaq.

Əsas həyat imtahanından uğur qazanmaq lazımdır. Çünki, orada alternativ yollar yoxdur.

Tofiq Əliyev

O.M.