Əsgər 4-cü mərtəbədən düşərək ölüb

Əsgər 4-cü mərtəbədən düşərək ölüb

7 Aprel 2011 11:20
Bəyəndim (0) Bəyənmədim (0)

Hadisə Şəmkir Sərhəd Dəstəsində baş verib. Quba Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış 1991-ci il təvəllüdlü Muxtar Qəmbərli əsgər yataqxanasının 4-cü mərtəbəsindən yıxılıb. Əsgər aldığı xəsarətdən dünyasını dəyişib. Quba Rayon Hərbi Komissarlığından fakt təsdiqlənib. Bildirilib ki, əsgər bu gün doğulduğu kənddə dəfn olunacaq. Faktla bağlı araşdırma aparılır.

O.M.