Bu rəsmdə 2 gəlin, 2 bəy var

Bu rəsmdə 2 gəlin, 2 bəy var

9 İyun 2011 14:00
Bəyəndim (0) Bəyənmədim (0)
Dünyanın digər qaranlıq üzü


Yaddaşlara həkk olunacaq bu fotodakı kiçik qızlar hələ yetkin dövrə çatmamış valideynləri tərəfindən "böyümək" məcburiyyətində qaldılar. "National Geographic" jurnalının iyun sayındakı xəbərə görə, rəsmdəki çəhrayı rəngli paltarı olan Tahani 6 yaşında ikən 25 yaşlı Majed ilə, özü ilə eyni yaşdakı eks sinif yoldaşı Ğada isə rəsmdəki gənc oğlanla evləndirildi. İnkişaf etməkdə olan ölkələrdə 10-12 milyon uşağın özlərindən xeyli böyüklərlə gizlicə evləndirildiyi faktları jurnalda sübut olunub. Məsələn, Hindistanda kiçik qızlar 4-5 yaşlı oğlanlarla evlənir. Ancaq qızların ata evini tərk etməsi üçün yetkin yaşlarına çatması lazım olur. Yəmən, Əfqanıstan, Efiopiya kimi ölkələrdə də analoji hadisələrlə üzləşmək mümkündür. Belə ki, bu bölgələrdə kiçik qızlar özlərindən qat-qat böyük kişilərlə, duaların müşayiətilə evləndirilir. Hətta bəzi hallarda zorlanmış qızlar cinayətkarı ilə nikah masasına oturur. Kiçik gəlinlərin toy mərasimi gizli qalsın və polis eşitməsin deyə mərasimlər əsasən gecələr həyata keçirilir.

Nənələrimiz uşaq ikən ailə qurmasaydılar, biz dünyaya gəlməzdik. Deməli, bu yazını yazan da olmazdı...

Günel Həbib

O.M.