730 polis əməkdaşı cəzalandırılıb

730 polis əməkdaşı cəzalandırılıb

9 İyun 2011 12:08
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın daxili işlər nazirinin müavini Oruc Zalov "Cəmiyyət dəstəkli polis işinə dair Beynəlxalq Konfrans"da çıxış edərkən bildirib ki, ölkəmizdə son 3 ildə 730 nəfər polis əməkdaşı yol verdikləri pozuntulara görə cəzalandırılıb.

Onun sözlərinə görə, cəzalandırılan polislərdən 14 nəfəri cinayət məsuliyyətinə cəlb olunub, 36-sı tutduğu vəzifədən uzaqlaşdırılıb.

Həmişə polis cəzalandırır, bu dəfə polisi cəzalandırdılar.

Tofiq Əliyev

O.M.