Canavar yerli sakinlərə hücum edib

Canavar yerli sakinlərə hücum edib

9 İyun 2011 11:00
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən günorta saatlarında Şəkinin Baş Küncüt kəndində canavar sakinlərə hücum edib. Hadisə otlaq sahəsində baş verib. Kənd sakinlərinə məxsus qoyunları dağlıq ərazidə otlaq sahəsində aparan 5 nəfər bir canavarın hücumuna məruz qalıb. Şəki Mərkəzi Rayon Xəstəxanasından APA-ya verilən məlumat görə, xəsarət alanlar - 1986-cı il təvəllüdlü Səlimov Asiman Əjdər oğlu, 1958-ci il təvəllüdlü Mürsəlov İmran Qara oğlu, 1979-cu il təvəllüdlü Mahmudov Qəzənfər Musa oğlu, 1991-ci il təvəllüdlü Məmmədov Ziya Məcid oğlu və Qəzafət Rüfət oğlu xəstəxanaya yerləşdiriliblər. Onlar bədənlərinin müxtəlif nahiyələrindən yaralanıblar.

Öldürülən canavarda quduzluq xəstəliyinin olub-olmadığını öyrənmək üçün götürülən nümunələr baytarlıq laboratoriyasına göndərilib.

Quzuları qurda tapşırmadılar.

Tofiq Əliyev

O.M.