Liviya neft ixracını bərpa edib

Liviya neft ixracını bərpa edib

7 Aprel 2011 11:18
Bəyəndim (0) Bəyənmədim (0)

Liviya yenidən neft ixracına başlayıb. Bu gün Liviya limanından neftlə dolu tanker Qətərə yola düşüb.

Liviya müxalifəti tərəfindən göndərilən tankerdə 1 milyon dollarlıq xam neft var.

Satışdan gələcək pulu müxalifət ordunun güclənməsinə və hərbi əməliyyatların genişləndirilməsinə sərf edəcək.

Qeyd edək ki, Liviyada müharibənin başlaması ilə əlaqədar neft ixracı müvəqqəti olaraq dayandırılmışdı.

O.M.