Günəş partladı

Günəş partladı

8 İyun 2011 14:22
1 734
Bəyəndim (0) Bəyənmədim (0)
Dünyanı sarsan partlayış

NASA dünən Günəşdə möhtəşəm bir fırtınaya şahid olduqlarını bildirib. Bil Murtagh, "Günəşdə bir-birinin ardınca partlayışlar meydana gəldi. Daha sonra isə fırtına qopdu. İlk partlayış çox da böyük olmadı. Amma ortaya çıxan radiasiyanın səviyyəsi yüksəkdir. Bunu izləmək təsiredici idi", - deyib. Təbii ki, bu cür radiasiya səviyyəsi Dünyanı bu və ya digər halda sarsacaq. Səlahiyyətlilər əgər vəziyyət yaxşı idarə olunarsa, dünyanın heç bir zərər görməyəcəyini vurğulayırlar. Sadəcə bu günlərdə qütb bölgəsindən keçən təyyarələrin yollarını qısa müddətlik də olsa dəyişdirməsi yaxşıdır. Onu da xatırladaq ki, Günəşin partlayış anları NASA tərəfindən yerli vaxtla 23.00-da xarici kanallarda yayımlanacaq.

Görünür, Günəşdə də kamikadzelər var.

Günel Həbib

O.M.