Hüsnü Mübarəkin Azərbaycandakı heykəli götürülüb

Hüsnü Mübarəkin Azərbaycandakı heykəli götürülüb

8 İyun 2011 13:12
Bəyəndim (0) Bəyənmədim (0)

Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin Azərbaycanın Xırdalan şəhərindəki "Misir" parkında yerləşən abidəsi götürülüb. "Oxumeni.az" "ANS PRESS"-ə istinadən xəbər verir ki, Xırdalan şəhər icra hakimiyyəti nümayəndəsinin müavini Zakir Həsənov heykəlin yerinə başqa abidənin qoyulduğunu bildirib. "Heykəl yəqin ki, bu gecə götürülüb. Yerinə Misirin adət-ənənələrini təmsil edən abidə qoyulub", deyə Z. Həsənov qeyd edib.

Xırdalan sakinlərinin verdiyi məlumata görə, heykəl bu gecə götürülüb. Qeyd edək ki, Misirdə ilin əvvəllərində başlayan iğtişaşlardan sonra abidənin mühafizəsi gücləndirilmişdi. Heykəlin yerləşdiyi qırmızı mərmər döşənmiş meydançanın ətrafı kəndirlə əhatələnmişdi.

Xatırladaq ki, Xırdalan Misirin Qalubiyyə şəhəri ilə 2008-ci ildə qardaşlaşmış şəhər elan edilib. Parkın yerləşdiyi küçə də Qalubiyyə adlanır. Misir hakimiyyəti də öz növbəsində Qalubiyyə şəhərində küçələrin birinə "Abşeron" adını verib.

Parkda Hüsnü Mübarəkdən başqa Misir fironu 3-cü Tutmosun da heykəli var. Ümumiyyətlə, Misir hakimiyyəti parkın salınmasında xəsislik etməyib. Parkda Misirdən gətirilmiş çox sayda heykəl qoyulub.

Artıq Hüsnü Mübarəkin hüsnü mübarək deyil...

Tofiq Əliyev

O.M.