Şeytanlı insanlar hara axın edirlər?

Şeytanlı insanlar hara axın edirlər?

8 İyun 2011 12:58
768
Bəyəndim (0) Bəyənmədim (0)
Şeytan çıxartma ritualı

Kolumbiyada "Hermes qardaş" deyə çağırılan Hermes Cifuentesin hər həftə təşkil etdiyi "şeytan çıxartma ritualı" böyük marağa səbəb olub. Hər həftə bədənlərinin pis ruhlar tərəfindən ələ keçirildiyini düşünən onlarca adam Hermes qardaşın qapısını döyərək, bu ritualda iştirak etmək istəyir. Çiçəklərlə dairə düzəltdikdən sonra insanları o dairənin tən ortasında otuzduran Hermes əvvəlcə onların üz-gözünü torpağa batırır. Sonra isə müəyyən dualarla onlardan şeytanı çıxardığını iddia edir. Boyunlarına xaç asılan iştirakçılar ritualda qışqıraraq, ağlayırlar. Ritual rəhbəri bu yerdə mənfi ruhları qovduğuna inanılan limon və yumurtadan da istifadə edir. Bəzilərinin tənqidinə tuş gəlsə də, rituallarında işgəncəni xatırladan səhnələr yer alsa da, qəhrəmanımız ölkənin Valle del Cauca bölgəsində 20 ildir ki, fəaliyyət göstərir. Ciddi xəstəliklərə tutulan insanlar da ümid yeri kimi Hermesin evinə axın edirlər.

Şeytan əməlidir, inanmayın.

Günel Həbib

O.M.