İçərisində hərbçilər olan maşın aşıb

İçərisində hərbçilər olan maşın aşıb

8 İyun 2011 12:32
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gün Aran-Mingəçevir yolunun 8-ci kilometrliyində avtomobil aşıb, 3 hərbçi xəsarət alıb. Hadisə nəticəsində Yevlax rayonundakı "N" saylı hərbi hissənin baş leytenantı, 1985-ci il təvəllüdlü Əliyev Rüfət Həsən oğlunun idarə etdiyi 10 UP 508 dövlət nömrə nişanlı, "Mercedes-180" markalı minik avtomobili yoldan çıxaraq aşıb. Hadisə nəticəsində sürücü Rüfət Əliyev və onun hərbçi yoldaşları - 1982-ci il təvəllüdlü Bədəlov İsmayıl Əliyar oğlu və 1986-cı il təvəllüdlü Fərzəliyev Səxavət Süleyman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı hərbi polis tərəfindən araşdırma aparılır.

Baş leytenantın başına iş gəlib.

Tofiq Əliyev

O.M.