Sarkozi "soyqırım" təklifinin əleyhinə

Sarkozi "soyqırım" təklifinin əleyhinə

7 Aprel 2011 10:42
Bəyəndim (0) Bəyənmədim (0)


Prezident Nikola Sarkozi Fransa məclisinin iclaslarından birində bir qrup Sosialist senator tərəfindən Türkiyə və Ermənistanla bağlı məlum 1915-ci il hadisələrinin mayın 4-də Senatın gündəminə gətirilməsinin əleyhinə olduğunu bildirib. Bununla belə mövcud məsələ parlamentin gündəminə gətirilə bilər. Türkiyənin dövlət naziri Egemen Bağış Paris səfərində bu hadisədən çox narahat olduğunu dilə gətirib. Prezidentin mətbuat nümayəndəsi isə Sarkozinin bu barədə fikirlərinin dəqiq və danılmaz olduğunu bildirib.

Xatırladaq ki, Fransa "erməni soyqırımı" məsələsini Ermənistandan sonra qəbul edən ilk ölkədir. Mövzunun yenidən gündəmə gətirilməsi Türkiyəyə qarşı təzyiqləri artıra bilər.

O.M.