Ermənilər atəşkəsi yenə də pozub

Ermənilər atəşkəsi yenə də pozub

8 İyun 2011 10:23
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 7-də saat 21.30-dan 21.45-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən, iyunun 8-də saat 00.10-dan 00.30-dək və 00.20-dən 00.40-dək Ağdam rayonunun Qaraqaşlı və Kəngərli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

ATƏT nümayəndələrinin keçirdiyi monitorinqin nəinki 40-ı çıxmayıb, heç üstündən 1 gün də keçməmiş ermənilər yenə də atəşkəsi pozublar. Buna erməni ikiüzlülüyü deyirlər.

Tofiq Əliyev

O.M.