Qanunsuz balıq ovu ilə məşğul olan iki Azərbaycan gəmisi saxlanılıb

Qanunsuz balıq ovu ilə məşğul olan iki Azərbaycan gəmisi saxlanılıb

7 İyun 2011 17:47
905
Bəyəndim (0) Bəyənmədim (0)

Xəzər dənizinin Qazaxıstana aid hissəsində qanunsuz balıq ovu ilə məşğul olan Azərbaycana məxsus "Delfin" və "Lada" balıqçı gəmiləri Qazaxıstan sərhədçiləri tərəfindən saxlanılıblar. Saxlanan gəmilərə keçirilən baxış zamanı kilkə ilə dolu yeşiklər aşkarlanıb. Balıqçıların təqdim etdiyi lisenziyanın müddətinin keçdiyini müəyyənləşdirən sərhədçilər hər iki gəmini qanunsuz ov iddiası ilə Bautino limanına aparıblar. Gəmilərin ekipajının taleyi məlum deyil.

İp də getdi, it də getdi.

Tofiq Əliyev

O.M.