Gəncədə yol-nəqliyyat hadisəsi

Gəncədə yol-nəqliyyat hadisəsi

7 İyun 2011 17:24
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncə şəhəri ərazisində, şəhər sakini Məhəbbət Həsənovun idarə etdiyi "QAZ-2410" markalı və həmyerlisi Qurban Sadıqovun idarə etdiyi "Kamaz" markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət almış M.Həsənov və sərnişinləri Sevil Şirinova, Zemfira Həsənova və Nigar Həsənli xəstəxanaya yerləşdiriliblər. M.Həsənov orada ölmüş, Z.Həsənovanın vəziyyəti orta-ağırdır. S.Şirinova və N.Həsənli isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Sürmə 100, yaşa 100.

Tofiq Əliyev

O.M.