Divara "İntiqamın başlanğıcı" yazdılar

Divara "İntiqamın başlanğıcı" yazdılar

7 İyun 2011 13:55
Bəyəndim (0) Bəyənmədim (0)

Radikal yəhudi köçkünləri Ramallahın şimal-şərqindəki bir kənddə məscidə od vurub yandırıblar. Şahidlərin bildirdiyinə görə, gecə 03.00 radələrində yəhudilər məscidə od vurduqdan sonra divarlara müsəlman və ərəblərə qarşı cümlələr yazıblar. Fələstin rəhbərliyinin sözçüsü Qassan Duqlas da bu faktı təsdiqləyib. Onun sözlərinə görə, məsciddəki bütün əşyalar sıradan çıxıb. Diqqət çəkən məqam ondan ibarət olub ki, məscidin divarındakı yazılarda ivrit dilində "İntiqamın başlanğıcı" yazılıb.

Allah evini yandıranların cəzasını Allah özü verəcək.

Günel Həbib

O.M.