Bu gün havadan nə gözləyək?

Bu gün havadan nə gözləyək?

7 İyun 2011 13:26
800
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 15-20° isti, gündüz 24-28° isti təşkil edəcək. Bakıda gecə 18-20° isti, gündüz 26-28° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 759 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz olacaq.

Naxçıvan Muxtar Respublikasında əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Havanın temperaturu gecə 12-17° isti, gündüz 26-31° isti təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu gecə 8-13° isti, gündüz 15-20° isti təşkil edəcək.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu gecə 15-19° isti, gündüz 24-28° isti təşkil edəcək.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu gecə 11-16° isti, gündüz 22-27° isti təşkil edəcək, dağlarda gecə 6-11° isti, gündüz 15-20° isti olacaq.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 14-19° isti, gündüz 25-30° isti olacaq.

Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 14-19° isti, gündüz 25-30° isti təşkil edəcək, dağlarda gecə 9-14° isti, gündüz 19-24° isti olacaq.

Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin əsasən normal sutkalıq gedişi əksər meteohəssas insanlar üçün əlverişlidir.

Havanın necə olmasından asılı olmayaraq, hamınıza aydın səma arzulayırıq.

Günel Həbib

O.M.