Kimdir günahkar?

Kimdir günahkar?

7 İyun 2011 12:31
934
Bəyəndim (0) Bəyənmədim (0)

Sürətlə yayılmaqda olan "Escherіchіa colі" bakteriyasının mənbəyinin araşdırılmasında irəliləyişlər əldə edilib. Aparılan araşdırmalar nəticəsində bakteriyanın yayıcısının Almaniyanın Aşağı Saksoniya vilayətində, Ultsen vilayətinin Binenbüttel yaşayış məntəqəsində yerləşən fermada yetişdirilən bəzi paxlalı bitkilərin olduğu ehtimal edilir. Vəziyyətlə əlaqədar Hamburq şəhərindən, təxminən, 100 km cənubda yerləşən həmin ferma bağlanıb. Qeyd edək ki, enterohemorragik bağırsaq çöpü cari ilin may ayının əvvəlindən Almaniyada 21, İsveçdə isə 1 nəfərin ölümünə səbəb olub. Qeyd edilən müddət ərazində, ümumilikdə, 13 ölkədə - Almaniya, İspaniya, İsveç, ABŞ, Çexiya, Danimarka, Niderland, Norveç, Böyük Britaniya, İsveçrə, Polşa, Avstriya, Fransada 2153 nəfər bakteriyaya yoluxub. Xəstələnən şəxslərdə bakteriyaya yoluxma simptomlarının onların Almaniyaya səfərindən qısa müddət sonra aşkarlandığı bildirilir. Müvafiq tədbirlərin görülməsi və araşdırmalar davam etdirilir.

Günel Həbib