Ucarda maşın su kanalına düşüb

Ucarda maşın su kanalına düşüb

7 İyun 2011 11:42
Bəyəndim (0) Bəyənmədim (0)

Ucar rayonu, Yuxarı Şilyan kəndində (rayon mərkəzindən 29 km aralı) "VAZ" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq Yuxarı Şirvan kanalına düşüb. Nəticədə, hadisə zamanı avtomobildə olan sərnişin yaralanmış, sürücü isə həlak olmuşdur. Yaralı xəstəxanaya aparılmışdır. Hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri 1967-ci il təvəllüdlü Nazim Mahmud oğlu Tağıyevin cəsədini və avtomobili sudan çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər.

Təhlükə hər yerdə qaçılmazdır.

Tofiq Əliyev

O.M.