Həbsdəki qızına mobil telefon keçirən qadın saxlanılıb

Həbsdəki qızına mobil telefon keçirən qadın saxlanılıb

4 İyun 2014 14:29
Bəyəndim (0) Bəyənmədim (0)

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 4 saylı Cəzaçəkmə Müəssisəsinə qadağan olunmuş vasitənin keçirilməsinin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən apa -ya verilən məlumata görə, orada cəza çəkən, Cinayət Məcəlləsinin 178.3.2 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Elnurə Qərib qızı Hümbətəlizadənin yanına qısamüddətli görüşə gəlmiş anası Lida Əsəd qızı Əsədovanın üzərinə və gətirdiyi sovqata baxış keçirilib. Bu zaman, ona məxsus qara rəngli əl çantasının içərisində 1 ədəd "Fly" markalı mobil telefon aparatı və 1 ədəd " Cin" danışıq kartı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Mediainfo.az