Yaponiyada yenə də zəlzələ olub

Yaponiyada yenə də zəlzələ olub

7 İyun 2011 09:24
638
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Elmlər Akademiyasının Geofizika xidmətinin yaydığı məlumata görə, Yaponiyanın Honsü adasının şərq sahilində zəlzələ baş verib. İlk zəlzələ 5,3, ikincisi 5,1 bal gücündə olub. Təkanlar Sakit okeanda 33-50 km dərinlikdə baş verib. Tələfat və dağıntılar haqqında məlumat yoxdur.

Qeyd edək ki, Honsü adasının şərq sahilində martın 11-dən sonra hər gün zəlzələ baş verir və martın 11-də 9 bal gücündə zəlzələnin yaratdığı sunami çoxsaylı insan tələfatına və "Fukusima-1" atom elektrik stansiyasında qəzaya səbəb olmuşdu.

Zəlzələ yaponları yenə də vəlvələyə saldı.

Tofiq Əliyev

O.M.