Yol qəzası ölümlə nəticələnib

Yol qəzası ölümlə nəticələnib

4 İyun 2014 14:05
Bəyəndim (0) Bəyənmədim (0)

Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə iyunun 4-də səhər saatlarında Lənkəran-Lerik şose yolunun 19-cu kilometrliyində, rayonun Təngivan kəndindən keçən hissəsində qeydə alınıb.

Lerik rayon sakini, 1971-ci il təvəllüdlü Qafur Abutalıb oğlu Alxasovun idarə etdiyi "Niva" markalı avtomobil Lənkəran rayonunun Şağlakücə kənd sakini, 1982-ci il təvəllüdlü Rafiq Rafil oğlu İsmayılovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillə toqquşub. Güclü zərbə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan "Niva"nın sürücüsü hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

Mediainfo.az