Təcridxanada özünə qəsd edən şəxsin mədəsindən qaşıq çıxdı

Təcridxanada özünə qəsd edən şəxsin mədəsindən qaşıq çıxdı

4 İyun 2014 10:38
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbə sakini, 1985-ci il təvəllüdlü Həsənov Sərxan Sabrat oğlu intihar məqsədilə qaşıqla özünə xəsarət yetirib, sonra isə onu udub. Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən şəxsə qarının ön divarının kəsilmiş cırılmış yarası və qarın boşluğu orqanlarında yad cisim aşkarlanması diaqnozu qoyulub. İlkin tibbi yardımdan sonra S. Həsənov Bakıda yerləşən tibb müəssisələrindən birinə göndərilib.

Xatırladaq ki, hadisə Xaçmaz Rayon Polis şöbəsinin təcridxanasında baş verib. S.Həsənov oğurluqda şübhəli bilindiyinə görə saxlanılıb. Hadisə ilə Xaçmaz RPŞ-də araşdırmalar davam etdirilir.

Mediainfo.az