“Şeremetyevo”da təyyarə yanıb

“Şeremetyevo”da təyyarə yanıb

3 İyun 2014 16:44
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın paytaxtı Moskva şəhərində, Şeremetyevo hava limanında təyyarə yanıb. Bu barədə Rusiya KİV-ri xəbər verib.

Hava limanının mətbuat xidmətinin rəhbəri Roman Qenis yanğının olması faktını təsdiqləyib. Yanğın hava limanının işinə təsir etməyib. Təyyarə uzun müddət ərzində hava limanının dayanacağında qalıb. Hadisə zamanı onun göyərtəsində insan və hər hansı yük olmayıb.

Hazırda faktla bağlı araşdırmalara başlanılıb

Mediainfo.az