5 yaşlı oğlan qır quyusunda öldü

5 yaşlı oğlan qır quyusunda öldü

3 İyun 2014 15:31
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda 5 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb. Fövqəladə Hallar Nazirliyinin Astara Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən aopa -ya verilən məlumata görə, hadisə rayonun Mərkəzi Xəstəxanasının həyətində qeydə alınıb.

Rayonun Səncərədi kənd sakini, 2009-cu il təvəllüdlü Cəsarət Ədalət oğlu Babayev ehtiyatsızlıqdan qır quyusuna düşərək ölüb.

Hadisə yerinə gələn Astara Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları C. Babayevin cəsədini quyudan çıxarıb.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az