TQDK-dan şagirdlərə növbəti müraciət

TQDK-dan şagirdlərə növbəti müraciət

3 İyun 2014 14:59
Bəyəndim (0) Bəyənmədim (0)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyunun 13-də buraxılış imtahanında iştirak edəcək şagirdlərə müraciət edib. Komissiyadan verilən məlumata görə, qeyd olunan tarixdə keçiriləcək buraxılış imtahanında (Naxçıvan MR, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala, Füzuli, Beyləqan, Xocavənd) iştirak edəcək şagirdlər "İmtahana buraxılış vərəqəsi"nihttp://eservices.tqdk.gov.az/sagird2014/ keçidinə daxil olaraq çap etməlidirlər.

Şagirdlərə "İmtahana buraxılış vərəqə"si onların təhsil aldıqları orta ümumtəhsil müəssisələri tərəfindən də çap edilərək təqdim oluna bilər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Yaddaş kitabçası"ndan çıxarış da təqdim olunur.

Mediainfo.az