Türkmənistanda axtarılan Bakıda tutulub

Türkmənistanda axtarılan Bakıda tutulub

3 İyun 2014 14:19
Bəyəndim (0) Bəyənmədim (0)

Türkmənistanda axtarışda olan şəxs Bakıda tutulub. Daxili İşlər Nazirliyi saytının verdiyi məlumata görə, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qazaxıstan Cinayət Məcəlləsinin 257-ci (xuliqanlıq) və 178-ci (soyğunçuluq) maddələri ilə axtarışda olan Bakı şəhər sakini Ruslan Bayramov tutulub.

Mediainfo.az