Bayıldakı sürüşmə zonasının qarşısını almaqda işlər aparılır

Bayıldakı sürüşmə zonasının qarşısını almaqda işlər aparılır

3 İyun 2014 11:11
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Bayıl sürüşmə zonasında stabilləşdirmə və ərazinin dayanıqlıq probleminin həlli məqsədilə yerli mütəxəssislərdən ibarət işçi qrupu yaradıb.

İşçi qrupu ilə yanaşı, bu məsələlər üzrə dünyada böyük təcrübəyə malik olan Yaponiyanın "Shinyei Kaisha Corporotion" və Hollandiyanın "Vitteven Bos" şirkətlərinin ekspertləri də bu işə cəlb ediliblər. Yerli mütəxəssislər və xarici ekspertlər 800 hektar ərazidə topogeodeziya işləri aparıb, 101 geoloji və hidroloji quyu qazıb, monitorinq şəbəkəsi yaradıb, habelə 3 mərhələdən ibarət ardıcıl tədbirlər həyata keçirməyə başlayıblar. İlk olaraq, əks ağırlıq yaratmaq üçün sürüşmə sahəsinin dil hissəsində istinad divarına paralel olaraq hər birinin hündürlüyü 5 metr olan 4 terras yaradılıb. Bunun üçün əraziyə 155 min kubmetr torpaq verilib.

İkincisi, yeraltı suların səviyyəsinin 3 metr aşağı düşməsi üçün sürüşmə sahəsində drenaj quyusu qazılıb. Nəticədə son 8 ay müddətində yeraltı suların səviyyəsi 95 sm enib.

Dayanıqlıq faktorunun artırılması üçün T. Bağırov küçəsinin şərqində 112 metr uzunluğunda svaylardan ibarət istinad divarı yaradılıb. Hazırda 55 svay vurulub, 55 svayın vurulması planlaşdırılır. Üçüncü mərhələ çərçivəsində işlər davam edir.

Bütün bu tədbirlərdən sonra Bayıl sürüşmə ərazisində stabilləşmə təmin olunacaq.

Mediainfo.az