Səudiyyə Ərəbistanı bunu da yasaqladı

Səudiyyə Ərəbistanı bunu da yasaqladı

6 İyun 2011 17:57
Bəyəndim (0) Bəyənmədim (0)

Səudiyyə Ərəbistanının kralı Abdullah kişilərin qadın alt paltarı mağazasında işləməsini yasaqladı. Rəsmi SPA-nın xəbərinə görə, kralın yeni əmri ilə qadın alt paltarları satılan dükanlarda ancaq və ancaq qadın cinsinə məxsus insanlar işləyəcəklər. Bu qərar əsasən ölkədəki işsiz qadınlara işləmək imkanı verilməsi məqsədi daşıyır. Səudiyyə qadınları kişilərin işlədiyi bu cür mağazalardan iç çamaşırları almaqdan çəkindiklərini etiraf edərək, uzun müddət idi ki, şikayət edirdilər. Təxminlərə görə, bu qərar 6 min qadına iş verəcək. Ərəbistanda qadınların 30 %-nin işsiz olduğu bildirilir.


Beləliklə, kişinin də öz yeri bilindi, qadının da.

Günel Həbib