Həbsxanaya telefon keçirilməsinin qarşısı alınıb

Həbsxanaya telefon keçirilməsinin qarşısı alınıb

2 İyun 2014 14:22
Bəyəndim (0) Bəyənmədim (0)

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbiri nəticəsində Qobustan Həbsxanasına qadağan olunmuş vasitələrin keçirilməsinin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən apa -ya verilən məlumata görə, orada cəza çəkən, Cinayət Məcəlləsinin 334.1; 120.2.5 və 66.3 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Alim Almas oğlu Cəfərovun yanına qısamüddətli görüşə gəlmiş xalası oğlu Ramin Şölət oğlu Əmirovun üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman, dəmir konserv bankanın içərisində xüsusi üsulla gizlədilmiş 1 "Nokia" markalı mobil telefon aparatı, 1 ədəd "Azercell" danışıq kartı, 1 ədəd qulaqcıq, 2 ədəd mobil telefon aparatı üçün nəzərdə tutulmuş batareya və 1 elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.

Mediainfo.az