Dəhşətli qəza: 3 ölü, 5 yaralı

Dəhşətli qəza: 3 ölü, 5 yaralı

2 İyun 2014 14:12
Bəyəndim (0) Bəyənmədim (0)

Ucar rayonunda 3 nəfərin ölümü 5 nəfərində ağır xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. APA TV-nin xəbərinə görə, hadisə Bakı-Qazax yolunun 212-km-də, Ucar rayonun Müsüslü kədi ərazisindən keçən hissəsində qeydə alınıb.

Kürdəmir rayon sakininin idarə etdiyi "Mercedes" markalı minik maşını əks istiqamətdən gələn Ucar rayon sakininin idarə etdiyi "VAZ 2106" markalı maşınla toqquşub. Zərbə nəticəsində "Mercedes" qarşı tərəfdən gələn "Fiat" markalı avtomaşına dəyərək dayanıb. Hadisə zamanı "VAZ 2106"-nın sürücüsü hadisə yerində ölüb.

İlkin məlumatlara görə, "Mercedes"də olan sərnişinlərdən ikisi Kürdəmir rayon mərkəzi xəstəxanasına çatdırılsa da, onlardan biri dünyasını dəyişib. Həmçinin, "VAZ 2106"nın 4 sərnişindən 3-ü Ucar rayon mərkəzi xəstəxanasına aparılıb, yaralılardan biri orada ölüb.

Yaralıların vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. İlkin ehtimallara görə, hadisəyə avtomaşınların yüksək sürətlə hərəkəti səbəb olub. Zərbənin gücü o qədər şiddətli olub ki, "VAZ 2106" markalı maşın iki parçaya ayrılıb. Hər iki maşında 4 sərnişin olub.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.

Mediainfo.az