""AzerTac" beynəlxalq təşkilatların ən fəal üzvüdür”

""AzerTac" beynəlxalq təşkilatların ən fəal üzvüdür”

2 İyun 2014 13:31
Bəyəndim (0) Bəyənmədim (0)

""AzərTAc" dünya informasiya siyasətini müəyyənləşdirən bir çox nüfuzlu beynəlxalq təşkilatların ən fəal üzvlərindən biridir".

"AzərTAc"ın baş direktoru Aslan Aslanov deyib ki, belə təşkilatlardan biri də Dünya Xəbər Agentlikləri Konqresidir. Onun sözlərinə görə, konqres 100-dən çox agentliyi, nüfuzlu informasiya birliklərini, dünya siyasətində mühüm rol oynayan kütləvi informasiya vasitələrini özündə birləşdirir: "Konqresin Nizamnaməsinə əsasən, bu təşkilata Dünya Konqresinin sədri rəhbərlik edir və o, hər üç ildən bir seçilir və səs çoxluğu ilə müəyyənləşir. Digər təşkilati məsələlər isə Konqresin Şurası həll edir. Şuraya bir sıra nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri daxildir. O cümlədən bir neçə ölkələrinin informasiya agentlərinin rəhbərləri bu şurada üzvdür. Nizamnaməyə əsasən, onlar 2016-cı ilədək iki dəfə Bakıda toplanmalıdırlar".

A.Aslanov xatırladıb ki, ötən ilin noyabrında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən Dünya Xəbər Agentlikləri IV Konqresində növbəti konqresin 2016-cı ildə "AzərTAc"ın təşkilatçılığı ilə Bakıda keçirilməsi barədə qərar qəbul olunub. Onun sözlərinə görə, 2016-2019-cu illərdə "AzərTAc" Dünya Xəbər Agentlikləri təşkilatına rəhbərlik edəcək: "Ona görə də dünyanın nüfuzlu agentlikləri rəhbərlərinin toplaşdığı bugünkü iclasda 2016-cı ildə Bakıda keçiriləcək Dünya Xəbər Agentliklərinin V Konqresinin mövzuları, panellər, dəvət olunacaq agentliklər, mətbuat orqanları müəyyənləşəcək, gündəlik təsdiq ediləcək, o cümlədən konqresin günü və bir çox təşkilati məsələ ətrafında fikir mübadiləsi aparılacaq".

Dünya Xəbər Agentlikləri Konqresinin sədri və Səudiyyə Ərəbistanı Krallığının Səudiyyə Press Agentliyinin (SPA) prezidenti Abdullah bin Fəhd əl-Hüseyn isə bildirib ki, Dünya Xəbər Agentlikləri V Konqresi Bakıda keçirilməsinin yüksək qiymətləndirib. Onun sözlərinə görə, bu gün Bakıda şuranın birinci iclası keçirilir: "Bu iclas Bakıda keçiriləcək Dünya Xəbər Agentlikləri V Konqresinə hazırlıq məqsədi daşıyır. Bundan sonra bir neçə görüşümüz olacaq. Qarşıda gələn 3 il ərzində biz bu görüşləri keçirəcəyik. Bu şurada "AzərTAc" Agentliyinin bu konqresi uğurla həyata keçirməsi üçün dəstəkləyəcəyik".

Mediainfo.az