TQDK şagirdlərə müraciət edib

TQDK şagirdlərə müraciət edib

2 İyun 2014 12:18
Bəyəndim (0) Bəyənmədim (0)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlərə müraciət edib.

Müraciətdə bildirilib ki, iyun ayında respublikanın bütün orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün buraxılış imtahanları keçirəcək.

Həmin imtahanlara hazırlaşan şagirdlərə kömək məqsədilə Ana dili və Riyaziyyat fənlərindən test tapşırığı nümunələri və təqdim ediləcək yazı işlərinin mövzuları komissiyanın internet saytında yerləşdirilib. Test tapşırığı nümunələri və yazı işlərin mövzuları ilə tanış olmaq üçün

http://www.tqdk.gov.az/exam/school-leaving-exam/ keçidinə daxil olmaq olar.

Mediainfo.az