İraqda 21 nəfər öldürüldü

İraqda 21 nəfər öldürüldü

6 İyun 2011 17:22
Bəyəndim (0) Bəyənmədim (0)

İraqın eks-prezidenti Səddam Hüseynin keçmiş qərargahının girişində kamikadzenin idarə etdiyi avtomobilin partlaması nəticəsində 17 nəfər ölüb. Hazırda bu ərazidə təhlükəsizlik xidməti ofisləri yerləşir. Ölənlərin çoxu da təhlükəsizlik xidməti əməkdaşlarıdır.

Bağdadın şimal-qərbindəki Adhamiyə rayonunda isə naməlum şəxslərin avtomobildən iki nəzarət-buraxılış məntəqəsini atəşə tutması nəticəsində 3 nəfər ölüb. Bağdadın şərq rayonunda törədilmiş avtomobil partlayış nəticəsində isə 1 nəfər ölüb, ondan çox adam yaralanıb. Ümumilikdə, Bağdadda və Tikrit şəhərində baş vermiş partlayış və hücumlar nəticəsində 21 nəfər ölüb.

Təhlükəsizlik xidməti ofislərində təhlükəli vəziyyət yarandı.

Tofiq Əliyev

O.M.