Paytaxtda yaşayış binasında güclü partlayış olub

Paytaxtda yaşayış binasında güclü partlayış olub

6 İyun 2011 15:26
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün saat 14.30 radələrində, Şərifzadə küçəsi, 26 ünvanında, İnşaatçılar metrosunun yaxınlığında yerləşən yeni inşa olunan hündür mərtəbəli yaşayış binasında partlayış baş verib. Binanın 5-ci mərtəbəsində baş vermiş partlayış nəticəsində dağıntı olub, xəsarət alanlar var. Məlumata görə, partlayış baş verən bina yeni inşa edildiyi üçün həmin binaya təbii qaz çəkilməyib. Partlayışın səbəbləri hələlik məlum deyil. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Xilasedicilər və həkim briqadası gəlib. İlkin məlumatlar görə, 5 yaralı xəstəxanaya aparılıb. Hazırda onların şəxsiyyəti müəyyənləşdirilir. Araşdırmalar davam etdirilir.

Od olmayan yerdən tüstü çıxdı.

Tofiq Əliyev

O.M.