Bağırsaq infeksiyasından ölənlərin sayı 22-yə çatıb

Bağırsaq infeksiyasından ölənlərin sayı 22-yə çatıb

6 İyun 2011 14:26
Bəyəndim (0) Bəyənmədim (0)

Avropada kəskin bağırsaq xəstəliyi qurbanlarının sayı 22-yə çatıb. 2200-dən yuxarı insan isə xəstəxanada bu virusdan yaxa qurtarmağa çalışır.

Qeyd edək ki, təhlükəli bağırsaq infeksiyası öncə Almaniyanın şimalında qeydə alınıb. Almaniyada infeksiyaya səbəb Eşerşis qolu, yəni, bağırsaq çöpü bakteriyası olub. Onun ştamlarının əksəriyyəti zərərsiz olsa da, enteroqemorraqik bağırsaq çöpü kimi bəziləri qida mənşəli ağır xəstəliklərə səbəb ola bilər. İnfeksiyanın yayılma mənbəyi hələlik məlum deyil, ancaq mənbənin qida, xüsusilə tərəvəz olması güman olunur. Son məlumatlara görə, infeksiya mənbəyi Almaniyada istehsal olunan paxla və salatlarda çox istifadə edilən lobya qələmlər ola bilər.

Hansısa bir xiyar zəhərlənməyə səbəb oldu...

Tofiq Əliyev

O.M.