Çili nəfəsini tutub izlədi

Çili nəfəsini tutub izlədi

6 İyun 2011 14:03
Bəyəndim (0) Bəyənmədim (0)
Vulkan dəhşət saçdı

Çilinin şimalında olan Puyehue vulkanı fəaliyyətə keçdi. Vulkanın püskürtdüyü kül təbəqəsi təxminən 10 km hündürlüyə qalxdı. Bu səbəbdən də göy üzü qalın bir duman təbəqəsinə təslim oldu. Ortaya çıxan görüntülər isə görənləri təəccübləndirdiyi qədər heyrətləndirdi. Vulkanın püskürməsinə səbəb 10 km yüksəkliyə qalxan qazın olduğu bildirilir. Püskürmədən sonra ölkədə - əsasən də o bölgədə ümumilikdə 230 zəlzələ qeydə alınıb. Vulkanın ərafında yaşayan 600 nəfər evakuasiya edilib. Səlahiyyətlilər o ətrafda ümumən 3500 nəfərin yaşadığını bildirirlər. Puyehue Çili ilə yanaşı Argentinaya da mənfi təsir göstərdi. İki ölkə arasındakı sərhəd bağlanıb. Paytaxt Buenos-Ayresdən 1600 km aralıqdakı Nahuel-Huapi gölü də küllə örtülüb.

Vulkandan sonra dövlətlər də bir-birinə vulkan kimi püskürürlər...

Günel Həbib

O.M.