"Hollivud" Antalyaya köçdü

"Hollivud" Antalyaya köçdü

6 İyun 2011 13:32
Bəyəndim (0) Bəyənmədim (0)

Dünyanın ikinci ən böyük qum festivalının qapıları Antalyada açıldı. 13 ölkədən 25 heykəltəraşın əl əməyi, göz nuru olan bu heykəllər izləyiciləri ilə görüşməyə başlayıb. "Hollivud" mövzusu ilə düzəldilən heykəllər Hollivudun rekord qırmış filmləri və qəhrəmanlarını əks etdirir. Merlin Monro, Çarli Çaplin, Spiderman kimi ünlü obrazların heykəllərini də burada görmək mümkündür. Festivalın müdiri Cem Karaca, "Bu il 200 min nəfəri gözləyirik. Ötən il bu rəqəm 160 min idi. Bu ilki izləyicilərimizin 75 faizi turistlərdən ibarətdir", - dedi. Bu qum festivalında heykəl düzəltmək üçün professionallar 10 milyon ton - təxminən 500 maşınlıq qumdan 2 ay müddətində istifadə ediblər. Əgər yolunuz Türkiyəyə düşərsə, mütləq bu festivala baş çəkin. Çünki bu cür gözəllik bir də ələ keçməz. Unutmadan onu da nəzərinizə çatdıraq ki, qum festivalı 14 noyabra kimi fəaliyyət göstərəcək.

Qum başımızdan tökülənə qədər həyatdan zövq almalıyıq...

Günel Həbib

O.M.