Bakıdan Mingəçevirə gedən mikroavtobus aşıb

Bakıdan Mingəçevirə gedən mikroavtobus aşıb

6 İyun 2011 13:15
848
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gecə saat 00:15 radələrində Xaldan-Mingəçevir yolunun 8-ci kilometrliyində sərnişin mikroavtobusu aşıb, xəsarət alanlar var. Bakıdan Mingəçevirə gedən, Mingəçevir şəhər sakini 1956-cı il təvəllüdlü Mikayılov Qüdrət Hacımalı oğlunun idarə etdiyi "Ford Tranzit" markalı sərnişin mikroavtobusu yağışlı havada sürüşərək yoldan çıxaraq aşıb. Hadisə nəticəsində sürücü Qüdrət Mikayılov və mikroavtobusda olan sərnişinlər - 1964-cü il təvəllüdlü Quliyev Ələddin Mənsur oğlu, 1969-cu il təvəllüdlü Paşayev Asif Şaban oğlu və 1970-ci il təvəllüdlü Mehdiyeva Arzu Mürsəl qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yevlax Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Yevlax Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Gecənin şəri gündüzün xeyrindən yaxşı olmadı.

Tofiq Əliyev

O.M.