Ölümlə rəqs edən adam

Ölümlə rəqs edən adam

6 İyun 2011 12:55
Bəyəndim (0) Bəyənmədim (0)

Amerikalı kəndirbaz Endi Levis Kaliforniyada təxminən 30 metr yüksəklikdə qurulmuş 15 metr uzunluğundakı ipin üstündən qorxmadan keçdi. Adrenalin vurğunu olan Endi bununla uzun müddətdir irəli sürdüyü iddiasını sübut etmiş oldu. Həmin vaxt izləyicilər onu yalnız qoymadı. Eləcə də Endinin ətrafına yüzlərcə jurnalist toplaşdı. Məhz elə bu səbəbdən o, bu gün Oxumeni.az-ın qonağına çevrildi.

Həyat da kəndirbazlığa bənzəyir. Hər an balansı saxlamaq və diqqətli yaşamaq lazımdır...

Günel Həbib

O.M.