15 min  insanı doğum gününə dəvət edincə...

15 min insanı doğum gününə dəvət edincə...

6 İyun 2011 12:00
713
Bəyəndim (0) Bəyənmədim (0)
"Facebook" onun qapısına dayandı

Hamburqda yaşayan 16 yaşlı Tessa doğum günü partisi üçün "Facebook"dakı dostlarını dəvət etdi. Səhv bir əməliyyatla onun dəvətnaməsi sosial paylaşım saytının 15 min istifadəçisinə getdi. Və nəticədə də olanlar oldu. Almaniyada böyük səs-küyə səbəb olan bu dəvətnamə təxminən 1600 nəfəri ayağa qaldırdı. Dəvətlilər qatar, avtobus, taksi və ya özəl maşınları ilə ünvan başına gəlib çatdılar. Tessanın evinin önündə bir araya gələn yüzlərcə gənc, "Tessa, səni tanımırıq. Amma yenə də ad gününü içərək qeyd edəcəyik", - dedilər. Onların üzərində, "Səni sevirik, Tessa", - deyə yazılmış və paltarlarının üstünə asılmış, eyni zamanda əllərində tutduqları kiçik plakatları diqqət çəkdi. Gənclərin hədd-hüdudları aşmamaqları üçün polis tədbir gördü. İnsan toplusu qızın səhvini bağışladı və buna görə ona mənfi münasibət göstərmədi.

Səhvi bağışlamaqdansa hədiyyə bağışlamaq lazım idi...

Günel Həbib

O.M