Füzulidə təbii fəlakət 1000-dən artıq yaşayış evinə ziyan vurub

Füzulidə təbii fəlakət 1000-dən artıq yaşayış evinə ziyan vurub

6 İyun 2011 11:36
Bəyəndim (0) Bəyənmədim (0)

Füzuli rayonuna iyunun 5-də düşən güclü dolu və yağan leysan yağışları nəticəsində Horadiz şəhəri, Mirzənağılı, Əhmədalılar, Qazaxlar, Mollaməhərrəmli, Arayatlı kəndlərinə ciddi ziyan dəyib. İlkin məlumatlara görə, fəlakət nəticəsində 1000-dən artıq yaşayış evi, idarə, müəssisə və təşkilat binaları ciddi ziyan çəkib, ağaclar sınıb, küçələr sel suları ilə dolub. Özəl və dövlət avtomobilləri, elektrik xətləri sıradan çıxıb, yüzlərlə mal-qara tələf olub. Rayonda qeyri-sabit hava şəraiti davam edir.

Füzuliyə problem dolu yağışlar yağdı.

Tofiq Əliyev

O.M.