İlham Əliyev FİFA və UEFA prezidentlərini qəbul edib

İlham Əliyev FİFA və UEFA prezidentlərini qəbul edib

6 İyun 2011 10:00
614
Bəyəndim (0) Bəyənmədim (0)

Prezident İlham Əliyev FİFA prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platinini qəbul edib. Dövlət başçısı Yozef Blatteri növbəti dəfə FİFA prezidenti seçilməsi münasibətilə təbrik edərək bu yüksək posta seçildikdən sonra ilk səfərini Azərbaycana etməsinin önəmini qeyd edib.

İlham Əliyev Yozef Blatterin dünya futbol ictimaiyyətinin böyük dəstəyi ilə FİFA prezidenti seçilməsinə toxunaraq bunu onun rəhbərliyi ilə qurumun səmərəli fəaliyyətinin nəticəsi kimi qiymətləndirib. Dövlət başçısı Yozef Blatterlə Bakıda və Surixdə keçirdiyi görüşləri xatırladıb. Azərbaycan futbolunun 100 illiyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün ölkəmizə səfər etdiyinə görə Yozef Blatterə təşəkkürünü bildirən İlham Əliyev onun səfərinin maraqlı və uğurlu olacağına əminliyini bildirib.

FİFA-nın prezidenti Yozef Blatter ölkəmizə yenidən səfər etməsindən və Azərbaycan prezidenti ilə görüşündən məmnunluğunu ifadə edib. O, Azərbaycan futbolunun 100 illiyi münasibəti ilə keçirilən tədbirlərdə iştirak etmək üçün ölkəmizə dəvət olunduğuna görə dövlət başçısına minnətdarlığını bildirib. Yozef Blatter və Mişel Platini prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim ediblər.

Nə qədər görüşlər keçirilsə də, maliyyə dəstəyi olsa da oyunu meydandakı 11 nəfər həll eləyir.

Tofiq Əliyev

O.M.