Tanınmış baş redaktor vəfat edib

Tanınmış baş redaktor vəfat edib

6 İyun 2011 10:28
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın tanınmış jurnalisti, "Proqnoz" qəzetinin baş redaktoru Süleyman Osmanoğlu iyunun 5-də 59 yaşında vəfat edib. "Oxumeni.az" "APA"ya istinadən xəbər verir ki, S.Osmanoğlu ürək tutmasından dünyasını dəyişib. Dünən o, Bakının Əhmədli kəndində dəfn olunub.

Süleyman Osmanoğlu 1952-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olub. "Azərbaycan gəncləri", "Bakı" qəzetləri ilə əməkdaşlıq edib, Azərbaycan dövlət radiosunda, "Azadlıq", "Ekspress", "Günaydın" qəzetlərində çalışıb, "Müxalifət" və "Proqnoz" qəzetlərinin baş redaktoru olub. Azərbaycan prezidentinin sərəncamı ilə 2005-ci ildə "Tərəqqi" medalı ilə təltif olunub.

Heç kim öz həyatı barədə proqnoz verə bilməz. Allah rəhmət eləsin!

Tofiq Əliyev

O.M.