"Lili" və "Bonjus" içkilərinin fəaliyyəti dayandırıldı

"Lili" və "Bonjus" içkilərinin fəaliyyəti dayandırıldı

4 İyun 2011 21:27
Bəyəndim (1) Bəyənmədim (0)

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti sərinləşdirici içkilərin istehsalı və satışının qanunauyğunluğunun yoxlanılmasını davam etdirir.
Dövlət Xidməti tərəfindən Xırdalan şəhəri H.Əliyev küçəsi ev 50 ünvanında "Cem Ltd" MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı "Bonjus" və "Lili" əmtəə nişanlı aromatlaşdırılmış sərinləşdirici içkilərin müvafiq reseptura olmadan istehsal edildiyi, "Lili" əmtəə nişanlı sərinləşdirici içkilərin etiketində məhsulun keyfiyyət və təhlükəsizlik göstəricilərini ifadə edən normativ sənədin göstərilmədiyi, habelə "Bonjus" əmtəə nişanlı sərinləşdirici içkilərin etiketlərində saxlanma temperaturunun və qida dəyərində üzvi turşuların miqdarının qeyd edilmədiyi müəyyən edilib.
Qanun pozuntuları ilə əlaqədar, "Bonjus" və "Lili" sərinləşdirici içkilərinin istehsalının dayandırılması və müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması, habelə normativ sənədlərin tələblərinə cavab verməyən və müvafiq reseptura olmadan istehsal edilmiş 1162 litr sərinləşdirici içkinin qanunvericiliyə müvafiq qaydada məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən "Cem Ltd" MMC-yə icrası məcburi göstəriş verilib. Araşdırmalar davam edir.

Sərinləşdirici içki istehsalçısına yay vaxtı "soyuq duş" sərinləşdirici effekt verəcək...

Könül Aypara

O.M.