Jurnalistlər nə məqsədlə Xaçmazda olublar?

Jurnalistlər nə məqsədlə Xaçmazda olublar?

4 İyun 2011 19:29
960
Bəyəndim (0) Bəyənmədim (0)

İyunun 4-də Turizmə Dəstək Gənclər Koalisiyasının təşkilatçılığı ilə bir qrup KİV nümayəndəsi Xaçmaz şəhərindəki Heydər Əliyev Mərkəzində olublar. "Jurnalistlərin Xaçmaza turu" layihəsi çərçivəsində mərkəzi ziyarət edən jurnalistlər ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə dair şəkillər və sənədlərlə tanış olublar. Mərkəzin direktoru Könül Əsgərova bildirib ki, bina 2005-ci il iyulun 26-da istifadəyə verilib. Burada 300 eksponat yer alıb. Şərq memarlıq üslubunda inşa olunan bina 6 guşə, 1 əsas zal və 2 əlavə otaqdan ibarətdir.

İşləyərkən istirahət etmək hər zaman qismət olmur. Buna deyirlər, ikisi birində ləzzət...

Könül Aypara

O.M.