İlham Əliyevin təbrik məktubu

İlham Əliyevin təbrik məktubu

4 İyun 2011 19:04
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçin milli bayramı münasibətilə Kral Əlahəzrət XVI Karl Qustava təbrik məktubu göndərmişdir. Məktubda deyilir:

"Milli bayramınız - İsveç bayrağı günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Əminəm ki, Azərbaycan-İsveç münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında öz inkişafını davam etdirəcəkdir. Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost İsveç xalqına əmin-amanlıq və rifah diləyirəm".

Bu minvalla biz də bir azərbaycanlı kimi kralı təbrik etmiş olduq...

Könül Aypara

O.M.