Magistratura qəbuluna ikinci imtahan iyunun 26-da keçiriləcək

Magistratura qəbuluna ikinci imtahan iyunun 26-da keçiriləcək

4 İyun 2011 13:32
1 404
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarına fevralın 20-də keçirilən qəbul imtahanlarının birinci mərhələsinin nəticələrinə görə, müsabiqə şərtlərini ödəyən bakalavrlar imtahanın ikinci mərhələsinə buraxılmışlar.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, qəbul imtahanlarının ikinci mərhələsi iyunun 26-da Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçiriləcək. Bunun üçün bakalavrlar iyunun 8-dən 15-dək elektron ərizələrinə daxil olaraq, ixtisaslarına uyğun qəbul proqramında ixtisaslaşmaları seçib təsdiq etdirməlidirlər.
Bundan sonra bakalavrlar iyunun 23-dən 25-dək elektron ərizələrinə daxil olaraq ikinci mərhələ üçün "bakalavrın imtahana buraxılış vərəqi"ni çap edib, götürməlidirlər.

Oxumaq yaxşı şeydir. Ancaq bir həqiqəti də unutmaq olmaz ki, pul verən musiqini sifariş verir...

Könül Aypara

O.M.