Abdulla Öcalan xristianlığı qəbul edir?

Abdulla Öcalan xristianlığı qəbul edir?

3 İyun 2011 18:42
Bəyəndim (0) Bəyənmədim (0)
Bomba kimi partlayan məqalə

Türkiyənin "Yeni Akıt" qəzetinin məqaləsi dünya ictimaiyyətini təəccübləndirdi. Belə ki, məqalədə yer alan PKK lideri Abdulla Öcalan barədə sensasion yazı və şəkillər Türkiyə ictimaiyyəti ilə bərabər region ölkələrinin də təzadlı reaksiyasına səbəb oldu.

Məqalənin başlığındakı şəkildə A.Öcalan erməni keşişinin yanında oturmuşdu. Məsələyə məhz bu kontekstdən yanaşan "Yeni Akıt" apardığı araşdırmaların nəticəsi olaraq yazırdı: "Öcalan 2004-cü ildə verdiyi bəyanatda özünü İsa Məsihlə müqayisə edərək, PKK-nın da fəaliyyətə 12 nəfərlə başladığını vurğulamışdı. Onun bu barədə Roma papasına ünvanladığı məktubda yazılır: "Müqəddəs ata, mən xristianlığa çox yaxın adamam. Mənim sizə və inamınıza qarşı hörmətim ideyalarımın və müharibəmin əsasında durur."" "Yeni Akıt" həmçinin bu ilin yanvar ayında
"The New York Times"da nəşr olunan şəkli də xatırladaraq yazırdı: "PKK-lı qadın müqəddəs Məryəmin şəkli qarşısında diz çökərək dualar edirdi."

Ötən il Rumıniyanın paytaxtı Buxarestdə keçirilən tədbirdə kürdlərə pulsuz Bibliya və xristianlığı təbliğ edən videomateriallar paylanmışdı. Qəbul etmək istəməyənlərə PKK birbaşa təzyiq edirdi.

Kürdlərin "dünya və demokratiya" partiyasının üzvü İbrahim Binicinin fikrincə, kürdlər üçün kilsə tikilməlidir. Bu partiyanın digər üzvü Ayla Atak isə təklif edir ki, kürdlər islamdan imtina edib xristianlığı qəbul etsinlər. Məqalədə həmçinin qeyd olunur ki, Türkiyənin cənubunda imamları öldürən kürd üsyançıları çöldonuzu (qaban) əti ilə qidalanırlar. Onlar bu yolla kilsəyə tərəfdar olduqlarını nümayiş etdirirlər.

Hər bir ölkədə vətəndaşın din və vicdan azadlığı qorunmalıdır. Əlbəttə ki, əgər o vətəndaşın vicdanı varsa...

Hafiz Əhmədov

O.M.