Aralıq dənizindəki faciənin 150 qurbanı var

Aralıq dənizindəki faciənin 150 qurbanı var

3 İyun 2011 16:16
Bəyəndim (0) Bəyənmədim (0)

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Liviyadakı qarşıdurmalardan qaçanları daşıyan gəminin batmasından sonra 150 cəsədin ələ gəldiyini açıqlayıb. Adrian Edvards Cenevrədə verdiyi açıqlamada cəsədlər arasında çox sayda qadın və uşaqların olduğunu qeyd edib. Təxminən 850 nəfəri daşıyan gəmidən 578 nəfər sağ çıxıb. Həyatda qalanlara kömək və məsləhətlər veriləcək. Aralıq dənizində dünən batan gəmidən 250 nəfərin yox olduğu bildirilmişdi.

Bu gün o yox olanların cansız bədənləri var oldu...

Günel Həbib

O.M.